8 Mart 2017 13:10
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirlikdə və mərkəzdə çalışan xanımlar, Daşkənddəki diasporumuzun fəal qadın üzvləri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfirinin xanımı Gülzar Quliyeva bayram münasibətilə qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O, 8 Mart bayramının tarixi, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı haqqında söhbət açıb. Bildirib ki, 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur. Ölkəmiz BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulub.

G.Quliyeva Azərbaycanda zərif cinsin nümayəndələrinin dövlət və hökumət strukturlarında geniş təmsil olunduğunu bildirib. O, Özbəkistanda yaşayan qadınlarımızın ictimai işlərdə fəal olduqlarını da diqqətə çatdırıb.

Tədbir bayram süfrəsi ətrafında davam etdirilib. İlham Abdullayev sazda qədim el havalarımızı, müğənni Rəna Əzizova xalq mahnılarımızı və təsniflərimizi ifa edib.


Müəllif:

Oxşar xəbərlər