Ötən gün iki nəfər yanğının qurbanı olub.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, martın 7-də saat 16 radələrində Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib. Nəticədə 10 kv.m sahədə ev əşyaları yanıb, mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.
Araşdırma aparılır.
Bundan başqa, yanvarın 31-də Bərdə şəhərində yerləşən qəbiristanlıqda şəhər sakini Şamxal Xəlilzadə abadlıq işləri aparıb tullantıları yandırarkən əl və ayaq nahiyələrindən yanıq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilən Ş.Xəlilzadə martın 7-də orada ölüb.