9 Mart 2017 13:51
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsinə qarşı sərt mövqe tutmalıyıq”

“Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

O, hadisə nəticəsində beş tələbənin həlak olması xəbərindən sarsıldığını deyib: “Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi hadisədir. Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblər üzrə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişikliklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdır”.

Deputat qeyd edib ki, yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevirilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir: “Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir. İnsanlarımızın, xüsusilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq. Qəzada ölənlərin ailələrinə Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəzada 5 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər