10 Mart 2017 00:40
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Avropa və Ledanın münasibətləri hadisələrin istiqaməti ilə emosional çalarlarını dəyişəcək. Mühüm işlərin siyahısı dəyişməz qalır.

Buğa - həyatınızda dərindən təhlilə və təfərrüatlı yenilənməyə ehtiyac duyan məsələlər varsa, bu gün problemlərin olduğu çox məkanda qayda yarada bilərsiniz.

Əkizlər - yolda, mexanizm və avadanlıqla işdə ehtiyatlı olun. Sosial şəbəkədəki yazışma əhvalınıza xoş təsir edə bilər.

Xərçəng - sədlər və maneələr darmadağın olur, emosiyalar və əzm dalğasında irəliyə gedirsiniz. Tələsin, qarşıda hədəf var, sizi kimsə saxlaya bilməsin. Bununla belə, qəza riskinin artdığını və sayıq davranmağın gərəkdiyini də unutmayın.

Şir - səfər, işdəki problemin həlli, informasiya, yeni işə hazırlıq üçün əlverişli gündür. Tərəfdaşla həyata keçirilən işin miqyasını artırmaq olar.

Qız - Oberon və Tefeyanın münasibətləri bu gün sizinlə işdəki rəhbərlik arasındakı söhbəti qaçılmaz edəcək. Səhər saatlarında görüşməyə çalışın, qətiyyətli olun.

Tərəzi - pulunuzu hara və necə xərcləməklə bağlı kimsəyə sizin əvəzinizə qərar qəbul etməyə imkan verməyin. Görüş və danışıqlar üçün əlverişli gündür. Əhval üçün xarici görkəm çox mühümdür.

Əqrəb - seçdiyiniz kursda səbatlı olun. Yaxın ətrafınızdakı insanlar sizi müxtəlif tərəflərə çəkəcək, dəyəri şübhə doğuran işlərlə yükləməyə çalışacaqlar.

Oxatan - müqavilə, sənəd imzalanması, iri məbləğdə xərcləri təxirə salın. Əlavə gəlir mənbəyinin formalaşmağa başladığı gündür.

Oğlaq - Avropa və Marsın münasibətləri hətta ən neqativ durumda belə, sizə yardım edəcək. Təcili nəyisə düzəltmək, münaqişənin yaranmasına imkan verməmək üçün gərəkli anı buraxmayın, ayıq olun.

Dolça - tərəfdaşlarınızın mövqelərini nəzərə alın, ümumi fəaliyyəti razılaşdırın. Həyat və işinizdə mühüm müstəviləri qaydaya salmaq imkanını əldən verməyin.

Balıqlar - prosesdən də razı qala bilərsiniz. Konkret əməllər, ideyaların reallaşması pis alınmayacaq. İşdəki duruma və ailədəki vəziyyətə diqqət ayırın.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər