“Bu çox vacib qanun layihəsidir və III oxunuşdan qəbul etmək lazımdır. Bölgələrdə, yerlərdə baxçalar və məktəbəqədər təhsillə bağlı problemlər var. Bu qanunun qəbulu və icrası prosesi sürətləndirilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Q. Paşayeva bildirib ki, qanunda dövlətin məktəbəqədər təhsil üçün bütün imkanlar yaratdığı fikri əks olunub: “Bu müsbətdir, ancaq ümumi ifadədir. Ffikrimcə, özəl baxça və təhsiləqədər müsəssisələrin yaradılmasında dövlətin hansı imtiyazlar verdiyini qeyd etmək olar. Məktəbələrə gedən uşaqların çoxu məktəbəqədər təhsildən kənardadır. Odur ki, qanunun qəbulu vacibdir”.
Nemət