10 Mart 2017 12:47
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa parlamentin martın 10-da keçirilən növbəti plenar iclasında çıxışı zamanı tütün məmulatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını müsbət addım kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, F. Mustafa belə bir sənədin hazırlanması və qəbulunun olduqca vacib hesab edir: “Artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır. Narkomaniya çox ciddi bəladır. Düzdür, narkomaniyanın qarşısının alınması üçün bizdə hələ də tam tibbi müayinə-müalicə mümkün deyil, mentalitetimizdən də irəli gələn məqamlar var. Ancaq qabağlayıcı addımların atılması baxımından belə bir qanunun qəbulu olduqca önəmlir və vacibdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər