10 Mart 2017 14:31
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“65 yaş məsələsi Azərbaycan cəmiyyətində çox ciddi müzakirə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirələr zamanı bildirib.

F.Mustafa deyib ki, indi təklif olunan layihədə yaş həddinin bərabərləşdirilməsi nəzərdə tutulur:
“Əhalinin elə bir kateqoriyası var ki, onlar yaşa görə pensiyaya çıxmaqda maraqlı deyillər. Onlar daha çox yaş müddətinin olmasını istəyirlər. Amma bəziləri də daha erkən pensiyaya çıxmaq məsələsini dəstəkləyirlər. Ona görə də ideal variantın tapılması çox mürəkkəb məsələdir. Səbəb anlaşılandır”.

F.Mustafa ideal variantın tapılmasının çox mürəkkəb məsələ olduğunu söyləyib: “Ona görə də bu məsələnin tərəfdar və əleyhdarı olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin aztəminatlı hissəsinə daha az zərər gəlməsi prinsipini əsas götürüb. Büdcədə neft vəsaitləri az olduğuna görə, dövlət bu yükü götürə bilmir. Özəl sektor isə bu yükü qarşılamağa hazır deyil. Yaponiyada, Almaniyada 67 yaşdır, yəni bizdən çoxdur. Sadəcə, orada məşğulluq alternativləri genişdir. Bizdə bu alternativ olmadığına görə insanlar bunu həyəcanla qarşılayır. Digər tərəfdən bizdə orta ömür həddi 70-in altındadır”.

Deputat vurğulayıb ki, Azərbaycanda bir çox insanlar müalicə olunmaq imkanından məhrumdur:
“Xüsusən də pensiyaçı insanların müəyyən problemləri var. Özünüz fikirləşin, hansısa xəstəliklə bağlı müayinə olunmaq 140-160 manatdır. Deməli, bir təqaüdçü öz pensiyası ilə yalnız bir dəfə müayinə olunmaq imkanına malik olacaq. Mülicə xərcləri çox bahadır. Daha çox inkişaf etmiş ölkələrdə tibbi sığortaya görə orta ömür yaşı yüksəkdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər