10 Mart 2017 14:47
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın bank sektoru çətin dövrünü yaşayır. Ölkədə 11 bankın bağlanması nəticəsində 4200 bank əməkdaşı iş yerini itirib".

Teleqraf.com xəbər verir ki, bu barədə "Şəffaflığa doğru birlikdə" mövzusunda vergi konfransında çıxışı zamanı "Rabitəbank"ın İdarə Heyətinin sədri Elçin Qədimov deyib. Onun sözlərinə görə, onlardan 2700-ü bankların bağlanması, qalan bank işçiləri isə bankların effektivliyinin təmin edilməsi məqsədilə görülən işlər nəticəsində işsiz qalıb: "Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tətbiq edilsin".

Elçin Qədimov kommersiya banklarının SWIFT, "Visa" və "Mastercard" təşkilatlarından aldığı xidmətlərin ƏDV-dən azad edilməsini də təklif edib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər