11 Mart 2017 23:12
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 11-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən, Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ kanalının kənarına baxış keçiriblər. Axtarış zamanı aşkarlanan bir tank əleyhinə mina “TM-62M” partlayış yolu ilə zərərsizləşdirilib. Agentlik tərəfindən 400 kvadratmetr əraziyə baxış keçirilib.

ANAMA-dan Teleqraf.com-a bildiriblər ki, yanvarın 1-dən martın 11-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Həmin müddətdə cəmi 1987 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 125 min 439 kvadratmetr ərazi (455 min 79 kvadratmetr əl ilə, 275 min 900 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 281 min 460 kvadratmetr minaaxtaran itlər vasitəsilə) yoxlanılıb.


Müəllif:

Oxşar xəbərlər