14 Mart 2017 15:17
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda doğulan körpələrə müxtəlif planet və göy cisimlərinin adları da verilir.

"Report"un məlumatına görə, körpələrə Günəş adı daha çox qoyulub.

Belə ki, son beş ildə 684 körpəyə Günəş, 111-nə Ulduz, 83-nə Səyyarə adı qoyulub.

Bundan başqa, son beş ildə 105 körpəyə Dünya, 83-nə Dünyamin, 8-nə Venera, 5-nə Kainat adı verilib.

Hətta körpələrə Yerhan, Uran adlarını verənlər də var. Yerin təbii peyki olan Ay özü ad kimi verilməsə də, körpələrə bu sözün istifadəsi ilə yaranan adlar qoyulur. Belə adlardan daha çox qoyulanlar Aylin, Ayan, Ayxan, Aysu, Aydan, Ayla, Aysun, Aytac, Aysel, Aynur, Ayşən, Ayaz, Aytən, Aygün, Aynişan, Aynur, Ayhan, Aytəkin, Aydəniz, Aytək və s. adlardır.

Uşaqlara Günəşnur, Günəşli, Ulduzə, Ulduzxan, Ulduznur, Ulduza, Dünyaxanım, Dünyamalı, Dünyabəyim, Dünyam, Dünyanur, Dünyani, Dünyaməli, Səyyarəxanım və s. adlar da verilib.


Müəllif:

Oxşar xəbərlər