10 İyul 2014 20:39

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ADP sədri Sərdar Cəlaloğlunu Facebook-da ələ salıb.

V.Hacıbəyli S.Cəlaloğlunun “Müqəddəs Quranla bağlı bir təfsir yazmışam, elə bir sistem vermişəm ki, teologiyada inqilab edəcək. Eyni zamanda yeni bir elm hazırlamışam. Bu, təkcə Azərbaycan səviyyəsində yox, tarix səviyyəsində bir nailiyyətdir. Mən bu nailiyyətimlə özümü nə Platonla, nə Aristotellə müqayisə edə bilərəm.Çünki mənim hazırladığım sistem onların hazırladığı sistemdən fərqli olaraq mütləq həqiqətlərin dərk edilməsinə imkan verir” fikirlərini sosial şəbəkədə paylaşıb və ona kinayə ilə yanaşıb: “Bundakı fərasətə bax”.

ADP sədri Teleqraf.com-a açıqlamasında V.Hacıbəylinin onu sosial şəbəkədə məsxərəyə qoymasına sərt reaksiya verib. O, Əhrar Partiyasının sədrinin onun yazdıqlarını oxumadan təhqiretdiyini söyləyib:

“Vaqif Hacıbəyli eşidib ki, Quranla bağlı nəsə yazıram, onun siyasi qısqanclığı məni söydürür. Vaqif dediklərimi axıradək oxusun, sonra fikir bildirsin. Heç o, bilmir ki, söhbət nədən gedir. Dediklərimi sonadək dinlə, bəlkə axırda deyəcəyəmki, indiyədək yazdıqlarımın hamısı səhvdir?

Azərbaycanda xəstəlik əmələ gəlib. Ağzını açıb bir söz deyən kimi düşmənçilik edib önyarğı irəli sürürlər. Vaqif Hacıbəyli özünü savadlı sayırsa, mənimlə debata gəlsin. Elə redaksiyanıza mən də gəlim, o da gəlsin.

Quranı yaxşı bilən 3 dini ekspert, 10 əlavə alim çağırın, Facebook-da Sərdar Cəlaloğlunun əleyhinə yazanlar gəlsin mənimlə kişi kimi diskussiya edək. Kişi kimi üz-üzə müzakirə edək, kimin haqlı, kimin haqsız olduğunu sübut edək. Yoxsa, mən Facebook-a girmirəm.Orada biri məni söyür, biri təhqir edir. O bilirsiz nədir? Tülkünün qorxaq kimi daldan danışmasından başqa bir şey deyil. Gəl mənim üzümə sübut et ki, mən yalan danışıram. Məni təhqir etmək, Facebook-da alçalmaq mənə təsir eləmir.Amma həqiqəti bilmək istəyirlərsə, onları açıq-aşkar debata çağırıram.

Lap televiziyada Qafqaz Müsəlmanları İdarəsinin alimləri gəlib mənim dediklərimə arqument gətirsinlər. Mən onlara öz dediklərimi sübut edəcəyəm. Oxumadıqları şeyi necə qaralaya bilərlər? Ay bədbəxt müsəlman, gərək İŞİD gəlib sənində başından futbol topu oynaya?”

S.Cəlaloğlu qeyd edib ki, Azərbaycanda 99 faiz insanın ona önyarğısı var: “Çünki mənim elədiklərimi heç kəs edə bilmir. Mən xalqımı, millətimi müdafiə edən insanam. Başqaları Şah İsmayıl Xətaini, Nadir şahı fars adlandıranda, Azərbaycan dövlət tarixini təhrif edəndə mən tariximə sahib çıxan adam olmuşam. Mən Öz xalqıma zorla sırınan qəhrəmanların əleyhinə çıxan adamam. Azərbaycanın işğalını alqışlayan əsərlərin qarşısına çıxan adamam. Cəsarətləri, alimlikləri varsa, gəlsinlər debata”.

“Quranı siyasi mənada təhlil edirəm”

S.Cəlaloğlunun fikrincə, təriqət və məzhəblərin əmələ gəlməsinin səbəbi Quranı düzgün anlamamaqdır: “Bunun səbəblərini kitabımda göstərmişəm. Hələ yazdığım 100 səhifədən ibarət kitabı oxusunlar.Bir gözləsinlər, oxusunlar baxsınlar, sonra desinlər bu fikir səhvdir. Mən ümumi şəkildə İslamda məzhəblərin və təriqətlərin əmələ gəlmə səbəbləri haqda danışmışam. O səbəblərin nədən qaynaqlandığını Qurandan sitatlarla yazacağam.

Quranı siyasi mənada təhlil edirəm. Amma bunlar məni ittiham eləməyə başlayıblar. Mən mütləq nisbilik nəzəriyyəsi ilə bağlı fikirlərimi bildirəndə eynilə indiki kimi üstümə düşdülər. Bu gün İŞİD adında islam qrupu müsəlmanların başını kəsib futbol topu oynayırsa, deməliyik ki, Quranda deyilənlər yalandır. Ya da deməliyik ki, Qurani-Kərimin başa düşülməsində problem var. Əslində Quranın 1500 il ərzində anlaşılmaması hesabına müsəlmanlar dəstələrə bölünüb bir-birini qırıblar. Bu barədə Quranda ayələrdə varki, mənim ümmətim yanlış olaraq Quranı düzgün başa düşmədiyinə görə dəstələrə bölünüb bir-biri ilə müharibə aparır, bu müharibə də hələ uzunmüddət davam edəcək. Mən Qurandan sitat gətirirəm.Mənim məqaləmin adı belədir “Özü-özünü təfsir edən Quran”. Quranı təfsir edirəm yazmamışam. Məqalənin adı bu cürdürsə, necə deyə bilərəm ki, Quranı təfsir edirəm?

Görün bu adamlar oxuduqlarını anlamırlar. Əksinə orada sübut etmək istəyirəmki, alimlərin Quranı təfsir etməsi təriqətlərin yaranmasına gətirib çıxarır”.
Məqaləsində Səid Nursidən misal çəkdiyini söyləyən ADP sədrinin sözlərinə görə, Nursi Quranın təxminən yarısının təfsiri ilə bağlı 99 cilddə nibarət “Risaleyi-nur”u yazıb: “Son nəticəyə gəlib ki, sən demə Quran bu adamın dünyaya gəlməsi ilə bağlı işarələrlə doludur. Onların başqa nümayəndəsi Fətullah Gülənisə deyirki, Allah mənə görsənib. Bu cür təfsir alimləri gəlib bu nəticəyə çıxıb nurçuluq əmələ gəlib.Yaxud nəqşi bəndlik, şiəlik, sünnilik bir yanlışlıqdan inkişaf edib. Beləliklə, İslam Quranın düzgün dərk edilmə probleminə görə yüzlərlə bir-biri ilə düşmənçilik edən, başını kəsən məzhəblərə bölünüb. Mən izah etmək istəyirəm ki, bu təriqətlərin və məzhəblərin bölünməsinin qarşısını almaq, İslamın bütünləşməsi üçün Quranı düzgün anlamağımız lazımdır”.

“Məni tənqid edən məqalə yazsa, adımı dəyişəcəyəm”

S.Cəlaloğlu akademik Əli Əlirzayevin “Sərdar Cəlaloğlu öz potensialına uyğun hərəkət etməlidir. Adama deyərlər ki, elmdə nə etmisiniz, hansı ixtira ortaya qoymusunuz? Belə olmaz, hər kəs öz işi ilə məşğul olmalıdır. Siyasi məsələlərlə məşğul olursansa, ol. Lakin Qurana toxunmağın mənası yoxdur” fikirlərini də şərh edib.

Milli Məclisin Suriyada müharibəyə gedən Azərbaycan vətəndaşları haqda qərarını xatırladan ADP sədri Ə.Əlirzayevə müraciət edib: “Bu gün dini qruplar Azərbaycanı hədələyir. Mən siyasətçiyəm, bilirəmki, o qrupların arxasında hansı qüvvələrin barmağı var. Mən onların yanlış yolda olduğunu Quran vasitəsilə sübut edirəm. Mən bilmədiyim şey barədə necə 180 səhifə şey yazıram? Əgər alim kimi qüdrəti varsa, 1 səhifədən ibarət mənim yazdıqlarımı tənqid edən məqalə yazsın. And olsun, Allaha yazdığımı oxumayıb. Onun mənə sadəcə mənfi münasibəti var. Fərqiyoxdur, hətta siyasətdən yazsaydım, deyəcəkdi ki, o niyə siyasətçi olur? Tibbdən yazsaydım, deyəcəkdi o niyə həkim olur?”

Nərgiz


Müəllif:
Загрузка...