17 Mart 2017 11:53
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ali təhsil müəssiaələrində qəbul imtahanlarında iştirak etmək istəyən insanlar aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər".

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə qeydiyyaydan keçmək üçün abituriyentkırı təqdim edilən anket formasında onlara hansı imtahanda iştirak etməsi sualı verilir:"Anket forması elədir ki, onlara birinci imtahanda iştirak edib-etməmələri barədə sual veriləcək. Birinci və ikinci imtahanda iştirak etmək istəyənlər, ümumilikdə imtahanda iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Bu saata qədər olan məlumata görə 22 mindən çox abituriyent sənəd verib, onlardan 403-ü ərizələrini tısdiqlədiblər".

Məleykə Abbaszadə qeyd edib ki, magistratura üzrə isə 10650, rezidentura ilə əlaqədar 949 nəfər ərizələrini təsdiq edib: "Magistratura və rezidentura üzrə ərizə verib və hələ təsdiqlətməyənlər kifayət qədər insan var. 2111 nəfər magistraturada, 900 nəfər rezidenturada ərizələrini təsdiqlətməyiblər. Bunu nəzərə alaraq bu gün bitməli olan magistratura və rezidentura üzrı sınəd qəbulunu biz sənəd qəbulunu martın 28-dək uzadırıq. Moskva Dövlət Universitetinə qəbul olmaq istəyənlər aprel-may ayında birinci omtahanda iştirak etməldirlər. Çünki onların iyun ayında öz daxili imtahanları olacaq".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər