Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - cəsarətli, işgüzar, orijinal ideyalara meylli insandan dəstək ala bilərsiniz. Siz onu aşkar avantüralardan çəkindirəcək, o isə sizi cəsarətli addımlara ruhlandıracaq.
Buğa - aşkar danışmaqdan, həqiqəti söyləməkdən qorxmayın. Bu gün çoxdan bəri demək istədiyiniz sözləri söyləyin. Sizdən borc almış adam pulu qaytara bilər.
Əkizlər - gün xoş keçəcək, tələskənlik, qaçaqaç olmayacaq. Harasa gecikməkdən, nəyisə başa vurmamaqdan çəkinməyərək rahat çalışa bilərsiniz.
Xərçəng - bəzi işlər tam təsadüf nəticəsində baş verəcək və sizi sevindirəcək. Sizin üstünlüyünüz belə hadisələri vaxtında görməkdir. Təklifləri dəyərləndirəndə tələsməyin.
Şir - maliyyə durumunuzu yaxşılaşdırmaq üçün zəruri addımları atın. Maraqlı görüşlər, habelə sonradan həyatınıza ciddi təsir edəcək şəxslə bir araya gəlməyiniz mümkündür.
Qız - dəvət aldığınız yerə yollanın, diqqətsiz insan kimi tanınmağınıza imkan verməyin. Günün ikinci yarısında və axşam saatlarında sabahın işlərini düşünüb, götür-qoy edə bilərsiniz.
Tərəzi - gün maraqlı, xoş və rahatdır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün usanmadan, yorulmadan çalışın. İstəyinizə nail ola bilərsiniz. Təmkinli və iradəli olun.
Əqrəb - qəfil görüş mümkündür. Sərfəli anlaşma əldə etmək şansı var. Lakin sərt, mənfəəti əldən verməyən adam olmalısınız.
Oxatan - ailə üzvləri və yaxınlarınızla ünsiyyət zamanı aqressiv olmayın. Əks halda mübahisələr yarana bilər. Mümkün qədər çevik, mütəhərrik olun.
Oğlaq - bu məziyyətlər yaşlı qohumlarla ünsiyyətdə dadınıza çata bilər. Axşam saatlarında sosial şəbəkələrdə vaxt keçirməyə çox aludə olmayın.
Dolça - əvvəl başladığınız işlərin və yarımçıq qalmış layihələrin başa çatdırılması üçün əlverişli gündür. Doğrudur, mürəkkəb işləri tamamlamaq üçün çalışmağınız lazım gəlir. Lakin can atdığınız hədəfə yaxınlaşırsınız və bunu özünüz də hiss edirsiniz.
Balıqlar - danışıqlar uğurla sonuclana bilər. Nüfuzlu dost və ya hami tapa bilərsiniz. Lakin o insanın sizi idarə etməsinə, qəyyumluq fikrinə düşməsinə imkan verməyin.
Milli.Az