11 İyul 2014 12:42
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həftənin 1-cü günü orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul edilənlərin siyahısı açıqlanacaq. Bu siyahı və keçid balları haqqında məlumat birinci gün işıq üzü görən jurnalda elan olunacaq”.

Teleqraf.com-un məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bu barədə bildirib.

O deyib ki, xüsusi qabiliyyət tələb etməyən ixtisaslara cəmi 4 boş yer qalıb: “Bilirsiniz ki, dünən ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb. Seçimdə iştirak edən 17 min 632 gənc öz ustəklərini ərizilərində qeyd ediblər. O ərizələr əsasında ilkin yerləşdirmə aparılıb. İlkin statistikaya görə, ərizə verənlərdən 8795 nəfər qəbul olunub.

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 99,04 faiz dolub. Cəmi 4 boş yer qalıb. Bunlar Şamaxı Dövlət Sənaye İqtisad Kollecində aqrar fermer təsərrüfatının təşkili, meşə və meşə park təsərrüfatları ixtisaslardır. Qalanları xüsusi qabiluyyət tələb edən ixtisaslardır”.

TQDK rəsmisi onu da əlavə edib ki, xüsusuii qabiliyyət tələb etməyən yerlərdə dolum faizi 66,29-dur: “İki növ ixtisası ümumi götürsək bu yerlər 91,52 faiz yerlər dolub”.

Abituriyentlərə müraciətlə Məleykə Abbaszadə deyib ki, öz ərizələri ilə müraciət edənlərin siyahısı bu gün TQDK-nın internet saytında yerləşdiriləcək. Boş qalmış yerlər haqqında isə həfətinin 1-ci günü məlumat veriləcək: “Qeydiyyat başa çatandan sonra boş qalmış yerləri, eləcə də digər ixtisaslardan da boş qalan yerləri əlavə edib “Abituriyent” jurnalının növbəti işıq üzü görən sayında dərc edəcəyik. Kim istəsə boş qalan yerlərə sənəd verə bilər”.


Müəllif: