27 Mart 2017 14:47
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sakarya universitetinin azərbaycanlı tələbəsi Orxan İbrahimov polisə müraciət edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, O.İbrahimov universitet mnühafizəçisi tərəfindən döyüldüyünü iddia edib.

O bildirib ki, universitetin siyasi elmlər fakültəsinin əmək iqtisadiyyatı bölümünün 3-cü kurs tələbəsidir: "Dərsdə ekonometr bölümünün müəllimi F.S. məni təhqir etdi. Bununla əlaqədar müəllimə etirazımı bildirdim. Daha sonra müəllim universitetin mühafizəçilərini çağırdı. Mühafizəçilər məni otaqlarına aparıb, döydülər".

Azərbaycanlı tələbə bununla bağlı Sakarya Baş prokurorluğuna müraciət edib. Faktla bağlı araşdırma davam edir.

Samir


Müəllif:

Oxşar xəbərlər