Prezident İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib.
Teleqraf.com-un xəbərinə görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə prezidentə məlumat verib.
Sonra dövlət başçısı Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.