28 Mart 2017 22:55
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrında 27 mart Beynəlxalq Teatr Günü qeyd edilib.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Teleqraf.com-a bildirib ki, həmin gün Musiqili Teatrının Təbriz Teatrı ilə birlikdə hazırladığı müştərək Beynəlxalq layihə olan “Bəxtəvər” şou-tamaşası nümayiş olunub.
Layihənin ideya müəllifi və bədii rəhbəri, Musiqili Teatrının direktoru Əliqismət Lalayevin sözlərinə görə, tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılırdı: “Təbrizdə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin baş rolu ifa etməsi “Bəxtəvər” tamaşasına İranda da böyük maraq yaradıb. Novruz Bayramı günlərində turist kimi ölkəmizə gələn İran İslam Respublikasının vətəndaşları “Bəxtəvər” şousunu böyük maraq və sevgiylə izlədi. Tamaşaçıların sevgi və çoşqusu layihəmizin nə dərəcədə uğurlu alınmasının göstəricisi idi”.

Layihənin əlaqələndiricisi İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridir. Səhnə əsərində rolları Təbrik Teatrından Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri, Musiqili Teatrdan Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə və başqaları ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru İranın nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər