29 Mart 2017 10:35
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 il ərzində dəm qazından zəhərlənmələrin statistikası açıqlanıb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.


Onun sözlərinə görə, 2015-ci ildə 302 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib: “Onlardan 11 nəfəri uşaq olub. Dəm qazından zəhərlənənlərdən 80 faizi kişi, 20 faizi qadındır. Həmin il 3 nəfər dəm qazından zəhərlənərək ölüb”.

Azər Maqsudov ötən ilin dəm qazı zəhərlənməsinin statistikasını da açıqlayıb. Onun sözlərinə görə, 2016-ci ildə dəm qazından zəhərlənənlərin sayı 270 nəfər olub: “Onlardan 9 nəfəri uşaqdır. Dəm qazından zəhərlənmədə 70 faizi kişi, 30 faizi qadın olub. Zəhərlənmə zamanı 2 nəfər ölüb”.

Şöbə müdiri qeyd edib ki, Novruz bayramı günlərində 21 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib: “7 nəfər xəstəxanaya qəbul edilib. 2 nəfər uşaq olub. Zəhərlənmə zamanı ölüm halı qeydə alınmayıb”.

Azər Maqsudovun sözlərinə görə, dəm qazı zəhərlənmələrinin 95-98 faizi hamam otaqlarında baş verir : “Zəhərlənmə zamanı oksigen çatışmazlığına qadınlar kişilərdən daha dözümlü olur. Bunun üçün də ölənlər arasında kişilər üstünlük təşkil edir”.

Şöbə müdiri əlavə edib ki, dəm qazı ilə intihar baş versə də, onun aşkarlanması çətindir: “Maşında, qarajda dəm qazı ilə intihar ola bilər. Evdə də mümkündür. Ancaq onun sübutu çətindir. Əksər hallarda belə zəhərlənmələr qəfil və ölənin iradəsindən kənar baş verir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər