Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə elektron ərizə qəbulu başa çatıb.
Teleqraf.com xəbər verir ki, magistratura pilləsı üzrə 13073 nəfər ərizəsini təsdiq edib. Onlardan 11809 nəfər Azərbaycan, 1264 nəfər isə rus bölməsinin məzunudur.
Rezidentura üzrə 1075 nəfər ərizəsini təsdiq edib. Onlardan 923 nəfər Azərbaycan, 152 nəfər isə rus bölməsinin məzunudur.
Sənəd qəbulu martın 10-dan 28-dək davam edib.
İlhamə ƏBÜLFƏT