30 Mart 2017 13:56
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Gənclər Təşkilatı 31 mart soyqırımı ilə bağlı tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə müstəqil gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

ALDP Gənclər Təşkilatının sədri deyib ki, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni faşıstlərı 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirib: “Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Minlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneəçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıb, özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurdu, insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər