Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb.
Bu barədə Teleqraf.com səhər məlumat yayıb.
Məlumatda bildirilirdi ki, Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. İsmayıl Qutqaşınlı küçəsi ev 1, mənzil 34-də yaşayan 1972-ci il təvəllüdlü Rizvan Qorxmaz oğlu Axundov özünü evinin dəhlizində asaraq ölüb.
Bakipost.az-ın yaydığı məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir işsizlikdən əziyyət çəkdiyi bildirilir.
Rizvan Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib.
1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiraturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılqla da məşğul olub.
O, Rizvan Qorxmaz imzasıyla şeir və hekayələr yazırmış. "Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.
Ailəlidir, bir övladı var.