30 Mart 2017 18:19
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həcc ziyarətinə sənəd qəbulunun bitməsinə iki ay qalıb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, hazırda sənəd qəbulu davam edir: "Artıq 400-ə yaxın namizəd sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) təqdim edib".

Həmdulla Babayev yerlərin tam tutulacağı təqdirdə belə, kvotanın artırılmayacağını vurğulayıb.

Bu il Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün 600 nəfərlik kvota ayrılıb. Ziyarət üçün vahid qiymətdə xidmət paketi təqdim olunub. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar məbləğində təyin olunub.


Müəllif:

Oxşar xəbərlər