30 Mart 2017 21:52
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda Qafqaz İslam Ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, abidə Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə rayonun Qubalı-Baloğlan kəndində Nigar Hənifə qızı Əkbərovanın həyətyanı sahəsində tikilib.

75 yaşlı Nigar Əkbərovanın sözlərinə görə, 1918-ci il mart qırğınları zamanı Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusuna Qubalı-Baloğlan kəndindən 10 nəfərdən çox adam, eləcə də atası Hənifə Mövlayev qoşulub. Həmin vaxt erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 türk və 6 azərbaycanlı əsgəri şəhid olub. Hənifə Mövlayev həmin şəhidləri tanıdığından onları öz həyətyanı sahəsində dəfn edib. O vaxtdan bu günə kimi həmin qəbirlər qorunub saxlanılır. Bu yaxınlarda isə Türkiyənin Azərbaycandakı səfirliyinin köməkliyi ilə həmin ərazidə abidə ucaldılmaqla yanaşı, şəhid olmuş 12 türk və azərbaycanlı əsgərin məzarları da yenilənib. Sabah abidənin açılışı olacaq.

Qeyd edək ki, 1918-ci il mart qırğını zamanı erməni-bolşevik birləşmələri tərəfindən Şamaxı qəzasının Hacıqabul rayonunda da qətliamlar törədilib. Qırğın zamanı 12 yaşayış məntəqəsindən daha çox itki verən rayonun Qubalı-Baloğlan, Nəvahi kəndləri olub. Təkcə sözügedən kəndlərdə 1500, ümumilikdə isə rayon üzrə 2000 nəfərdən çox günahsız insan qətlə yetirilib.


Müəllif:

Oxşar xəbərlər