Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 12-14, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın (norma 23-33 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın (norma 34-59 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 6-10 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək) olacaq ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın (norma 54-83 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-14 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 0-3, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcəyədək yüksələcək) və iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntı miqdarı da iqlim normasına yaxın (norma 31-54 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək) və iqlim norması daxilində olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın (norma 29-126 mm) olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 8-13, bəzi günlərdə 2-5, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, dağlarda 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın (norma 41-72 mm) olacaq.