11 İyul 2014 16:35
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən sizə söz vermişdim ki, 11-ci sinifdə imtahan verən məzunlar haqqında ictimaiyyətə daha geniş məlumat verim. Bu rəqəmlər bizdə belədir: “ 2012-ci ildə 117363şagird 9-cu sinifdə imtahan vermişdi. Onlardan 85458-i bu il 11-ci sinfə imtahan verib. 5344-ü orta ixtisas məktəblərində oxuduğu üçün 11-ci sinif imtahanlarında iştirak etməyib. 5442 peşə liseylərində oxuyur. 129-u 10-cu sinifdə oxuyur, yəni sinifdə qalıb”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirilən mətbuat konfransında bu rəqəmləri səsləndirib. Onun sözlərinə görə, TQDK-nın məlumat bazasında digər şagirdlər haqqında məlumat verilməyib.

TQDK sədri onu da bildirdi ki, buraxılış imtahanlarında 2, 3, 4, 5 qiymət alanların 2012-ci illə müqayisədə faizlə fərqləri barədə də danışdı: “”2012-ci ildə IX sinifdə “Ana dili”ndən “iki” alanların sayı 19-20 faiz idisə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edənlərin 16%-i “Ana dili”ndən “iki” alıb. Riyaziyyatdan 2012-ci ildə iki alanların sayı 32 faiz olub, bu il onların sayı təxminən 19-20 faizdir. Bu faizinin azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib”.

İmtahana gələn 85 min şagirdin öz nəticələrini hansı səviyyədə doğrultduğunu açıqlayan Məleykə Abbaszadə qeyd edib ki, 2012-ci ildə IX sinfə imtahan verərək “iki” alan və bu ildə XI sinif üzrə buraxılış imtahanında iştirak edənlərin 45 faizi yenidən “iki” alıb. Onların 47 faizi “3”, 7 faizi “4”, hətta 1 faizi “5” alıb: “Bu, “Ana dili”ndən olan nəticələrdir. Bu iki il ərzində oxumaq istəyən uşaqlar öz üzərində işləyiblər. Nəticədə onların 45-nin nəticəsi eyni səviyyədə qalıbsa da, qalanları öz nəticələrini müsbətə doğru dəyişiblər”.

Komitə sədri dedi ki, 2012-ci ildə 9-cu təhsil bazası üzrə keçirilən buraxılış imtahanında “Riyaziyyat”dan “iki” alan şagirdlərin 42 faizi bu il 11-cı sinif üzrə keçirilən buraxılış imtahanında da eyni nəticəni göstəriblər: “İki il əvvəl 9-cu sinif məzunu olmuş həmin 11-cı sinif şagirdlərinin 44 faizi “üç”, 12 faizi “dörd”, 1,5 faizi isə “beş” qiyməti alıb.

2012-ci ildə buraxılış imtahanında 3 qiyməti alanların 52 faizinin “Ana dili”ndən, 42 faizinin isə “Riyaziyyat”dan nəticəsi 11-ci sinifdə də həmin səviyyədə qalıb. 2012-ci ildə imtahan vermiş şagirdlərin 24 faizi “Ana dili”ndən, 35 faizi “Riyaziyyat”dan dörd qiyməti alıb və iki il ərzində öz nəticələrini yaxşılaşdırıblar. 5,1 faiz “Ana dili”ndən, 6,4 faizi isə “Riyaziyyat”dan “beş” qiyməti alıb.

Şagirdlərin 30 faizi iki il öz üzərində işləyərək “Ana dili”ndən, 40 faizdən çoxu “Riyaziyyat”dan öz nəticələrini yaxşılaşdırıb. Amma 17,8 faiz “Ana dili”ndən, 16,4 faizi “Riyaziyyat”dan öz nəticəsini pisləşdirib və 11-ci sinif buraxılış imtahanında “iki” alıb.

İki il əvvəl bundan əvvəl “dörd” qiyməti alan məzunlardan 47 faizi “Ana dili”ndən, 53 faizi “Riyaziyyat”dan bu il 11-cı sinif üzrə həmin nəticələrini təsdiqləyiblər. “Riyaziyyat”dan 33,2 faizi , “Ana dili”ndən isə 34 faizi beş qiyməti alıb. İki il bundan əvvəl buraxılış imtahanlarında “dörd” qiyməti alan şagirdlərin 1 faizi hər iki fəndən “2” qiyməti alıb. Riyaziyyatdan 11 faiz “Ana dili”ndən 18 faizi iki il əvvəl göstədiyi “dörd” qiymətini bu il “üçə” düşürüb. İki il əvvəl “4” alanların arasında yaxşılaşan nəticə 30 faizdən çoxdur.

2012-cı ildə buraxılış imtahanında “5” qiymət alanların 80 faizi bu il 11-ci sinifdə öz nəticələrini təsdiqləyiblər, yalnız 1 faiz nəticəsini pisləşdirib.

TQDK sədri qeyd edib ki, IX sinfə kimi gələn şagird buraxılış imtahanında “4” və “5” qiyməti alırsa, deməli onun əsaslı bilikləri məktəbdə formalaşıb və 2 ildə öz üzərində çalışdıqda bu bilikləri daha da yaxşılaşdıra bilib.

SEVİL


Müəllif: