Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov bu şəhərin metro stansiyasında aprelin 3-də törədilmiş terror aktı zamanı yaralanmış azərbaycanlı Zaur Vəliyevi xəstəxanada ziyarət edib.
Teleqraf.com-un xəbərinə görə, S.Qasımov Azərtac-a bildirib ki, Z.Vəliyevin vəziyyəti orta ağırdır, onu palataya keçiriblər.
Əslən azərbaycanlı olan Z.Vəliyev Rusiya vətəndaşıdır, Orenburqda anadan olub.
Son məlumata görə, terror aktı nəticəsində 14 nəfər həlak olub.