5 Aprel 2017 00:58
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç - bu gün axtarışda olmaq yaxşıdır. Yeni xəbərlər gözləyin. İnformasiya cazibədar olacaq, planları dəyişəcək. Axşama yaxın emosional ləngər vurma, bunun nəticəsi olaraq qəfil həllər və addımlar mümkündür.

Buğa - təbdən çıxmayın, yaşananları soyuqqanlı şəkildə dəyərləndirin. Emosiyaların əsirinə çevrilməyin. İşdən sonra stressdən qurtulmağa imkan verən istənilən məşğuliyyət yaxşıdır.

Əkizlər - başınızın üstündə buludlar sıxlaşır. Şəxsi münasibətlər, iş, yaradıcılıq və oyunlar güclü təəssüratlarla yanaşı, xoşagəlməz hisslər də bəxş edə bilər. Doğru yolu seçin, mühüm mövzunun ətrafındakı auradan gələn siqnal və işarələri anlamağa çalışın.

Xərçəng - planlaşdırılmış işlərin əksəriyyətini nahara qədər bitirməyə çalışın. Anlaşmaların pozulması, razılaşmaya əməl olunmaması, fikirlərin dağılması, emosiyaların məntiqdən üstün olması ehtimalı var.

Şir - stereotip qərarları dəstəkləməyin. Yeni təfərrüatlar sizə dəxli olan insan və ya hadisə ilə bağlı fikrinizi dəyişə bilər. Yaxın ətrafınızdakı insanların məsləhətlərini dinləyin.

Qız - məqsədləriniz ətrafdakı insanların istəkləri ilə üst-üstə düşmürsə, onların gözləntilərinə qarşı çıxırsınızsa, münaqişə və dartışmalar qaçılmazdır. Sayıq olun, tələsik qərarlar verməyin, rəqibin sizi üstələməsinə şərait yaratmayın.

Tərəzi - yaxın ətrafınızdakı insanlardan fərqli olaraq, soyuqqanlı və təmkinli davranmağa can atın. Yollamağa hazırlaşdığınız informasiyanı bir daha yoxlayın və kompüterin yaddaşında saxlayın.

Əqrəb - bu gün qətiyyətli, sərt və hətta aqressiv olun. Kiminlə nə iş görməyi müəyyənləşdirin. Perspektivləri müşahidə edin, yolunuzda peyda olan adamlara diqqətlə baxın.

Oxatan - sizə yaxın olan, maraq və istəklərinizi bölüşən insanlarla təmasda olun. Gözəl, rahat nə isə alın. Alış-verişdə simiclik etməyin.

Oğlaq - işlərin aparılması ilə bağlı köhnə, ənənəvi üsullar artıq işlək deyil. Çox incə yeniliklər yolu keçməli olacaqsınız. Düzgün düzənə əl atın, qarşınıza konkret hədəf və məqsəd qoyun, qüvvənizi bölüşdürün.

Dolça - güc və qüvvəniz artsa da, izafi emosional olsanız, işinizin effektivliyi azalacaq. Çətin qərar verməli, müxtəlif sahələrdəki maraqları birləşdirməli, başlanmış layihəyə final ştrixi vurmalı olacaqsınız.

Balıqlar - Heç bir halda ifrata varmayın, inadkarlıq etməyin, gərginlik yaratmayın. İnformasiya, yeni məlumatlar, standart olmayan qərarlar tələb edən işlə məşğul olun. Səfərə çıxmayın - gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz. Ünsiyyətdə səmimi olun. Sizi çoxdan narahat edən məsələnin üstü açıla bilər. Hadisələr də, təbii ki, sürətlənəcək.


Müəllif:

Oxşar xəbərlər