5 Aprel 2017 16:17
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siqaret, enerji içkisi, duz istifadəsi, oturaq həyat tərzi, stress, fiziki aktivliyin aşağı olması – ürək-damar problemlərini yaradan başlıca faktorlardır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının kardioloqu Fuad Səmədov deyib.

Onun sözlərinə görə, hazırda gənclər arasında enerji içkilərindən həddindən çox istifadə edilir: "Mən bir həkim kimi gənclərin buna nə qədər meyilli olduğuna şahidəm. İstehsalçı bu kimi enerji içkilərinin gündə bir dəfə istifadəsinə icazə verdiyi halda, bəzi gənclər 8-10 dəfəyə qədər bu içkilərdən istifadə edirlər. Çünki onların mənfi təsirlərindən xəbərsizdirlər.

Elə cavan xəstələrimiz olub ki, hətta bu enerji içkilərinin qəbulundan sonra onlarda bir sıra problemlərin yarandığını deyiblər”.

Həkim qeyd edib ki,təmsil etdiyi klinikada gənclər arasında enerji içkilərinə qarşı mübarizəyə dair layihəyə start verilib: "Enerji içkiləri ilə mübarizə - maarifləndirmə işlərinin aparılması əsas məqsədimizdir. 12-13 yaşlı uşaqların belə enerji içkilərini qəbul etməsi onların həyatı üçün böyük təhlükə mənbəyidir. Valideynlər də bu baxımdan diqqətli olmalıdırlar. Çünki, bu içkilərin enerji verməsi, əhvalı yaxşılaşdırması kimi söyləntilər qətiyyən məntiqli yanaşma deyil”

ŞƏFİQƏ


Müəllif:

Oxşar xəbərlər