5 Aprel 2017 16:58
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 5-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətləri, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə həmçinin Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, mədəniyyət və informasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev də iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər