Bu ilin ilk rübü ərzində muxtar respublikaya gələn turistlərin sayı bir il əvvəlkinə nisbətdə 5,1 faiz artaraq 98,8 min nəfər təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 1995-ci ildə muxtar respublikaya 38,6 min nəfər turist gəlmişdisə, bu göstərici 2006-cı ildə 93,9 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2016-cı ildə 403,3 min nəfər olub.
2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayı 1995-ci illə müqayisədə 10,4 dəfə artıb.