Bakı-Sumqayıt yolunda daha bir mikroavtobusun görüntüsü kameraya düşüb.
Teleqraf.com-un baku.ws--ə istinadən məlumatına görə, içi sərnişin dolu "FORD" 110 sürət həddi olan yolda 130-140-la hərəkət edir.
Qanunsuz fəaliyyət göstərən bu mikroavtobuslar sərnişinlərin həyatını bu cür təhlükəyə atır. Bakı-Sumqayıt yolunda bir müddət öncə baş verən dəhşətli qəza zamanı 6 tələbə ölmüş, 16 nəfər isə yaralanmışdı.
Görünür bu dəhşətli hadisə hələ də qanunsuz sərnişin daşıma ilə məğul olan sürücülərə dərs olmayıb.
Bakı-Sumqayıt yolunda sürətlə hərəkət edən mikroavtobusun görüntüsünü təqdim edirik: