Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
O, deyib ki, layihə komitədə müzakirə edilərkən Miqrasiya Xidməti və Sərhəd Qoşunları Xidmətinin nümayəndələrinin xahişi ilə layihənin müzakirəsi dayandırılıb: “Biz hökmən yaxın günlərdə bu qanun layihəsinə qayıdacağıq”.
Qeyd edək ki, sözügedən qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmişdi.
Cavad