8 Aprel 2017 16:12
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada azərbaycanlı iş adamlarına qarşı heç bir qərəzli münasibət yoxdur”.

Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

"Prezidentimiz xarici sərmayələrin müdafiəsinə böyük diqqət yetirir. O dəfələrlə deyib ki, Azərbaycan biznesinin Ukraynaya daxil olmasını alqışlayır və əlimizdən gələni edəcəyik ki, azərbaycanlıların biznesinin müdafiəsi etibarlı olsun", - deyə səfir vurğulayıb.

A.Mişşenkonun sözlərinə görə, Ukrayna baş prokurorunun Azərbaycana səfərindən sonra iki ölkə vətəndaşları və iş adamlarının hüquq və maraqların pozulma hallarına dərhal reaksiya verən əməliyyat qruplar fəaliyyət göstərir: "Əgər hər hansı məlumat üzə çıxırsa, iki ölkənin Baş Prokurorluqları informasiya mübadiləsi aparır və əllərindən gələni edirlər ki, Ukraynada azərbaycanlı iş adamların hüquqları bərpa olunsun. Belə bir əməliyyat kanalın mövcud olması dələduzlara bir növ siqnaldır. Əgər azərbaycanlı iş adamlarının hüquqları pozulsa, reaksiya özünü çox gözlətməyəcək. Bu həmçinin ukraynalı iş adamlarına da aiddir".


Müəllif:

Oxşar xəbərlər