“Azərbaycan Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə aprelin 9-da Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır”.
Bu barədə Xarici İşlər Nazirliyinin Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar yaydığı bəyanatda bildirilir.
“Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir”, deyə bəyanatda bildirilir.
Səxavət