10 Aprel 2017 15:46
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Regionun səsi” qəzetinin baş redaktoru Ağasəf Həsənovun ölümcül döyüldüyünə dair yayılan xəbərlərə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, deputatın sözlərinə görə, dünya mediası Mətbuat Şurasının “qara siyahı”sına düşmüş tanınmayan əyalət qəzetlərindən birinin baş redaktorunun məişət zəminində döyülməsi faktını Azərbaycanda insan hüquqlarının pozulması kimi qələmə verə bilər: “Bu gün “Mətbuat Şurasının reket nəşrlər” üçün tərtib etdiyi “qara siyahı”ya salınmış tanınmayan əyalət qəzetlərindən birinin baş redaktorunun döyülməsi haqqında xəbər yayıldı. Xəbərin təsdiqi kimi həmin şəxsin üst-başı qanlı fotosu da yerləşdirilib. Sabah isə dünya mətbuatı Azərbaycanda jurnalistin qanına qəltan edilməsi haqda xəbəri önə çıxaracaq və ölkəmizi insan hüquqlarının pozulmasında ittiham edəcək. Hadisənin məişət zəminində baş verdiyini isə yada salmayacaqlar”.

Qeyd edək ki, baş redaktor Ağasəf Həsənov Cəlilabad rayonundakı yeməkxanalardan birində Rizvan Məmmədov adlı şəxs tərəfindən döyülüb. A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təsdiq etməyib. Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov criminal.az saytına açıqlamasında bildirib ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orada olmayıb. Hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər