Bаkı Slavyan Universitetinin elmi katibi, jurnalistika fakultəsinin dosenti, filologiya uzrə fəlsəfə doktoru Durdanə Fərmanın (Tahirova) "Rus və Azərbaycan şəhər nəsrinin poetikasi (Y.Trifonov və Anar yaradıcılıqı əsasında)" adlı monoqrafiyası qırğız dilinə tərcümə edilir.
Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə olunan monoqrafiya tərcümə olunduqdan sonra rus və qırğız dillərində ayrı-ayrı kitab şəklində nəşr ediləcək.
Qırğızıstanın elmi mühitində böyük marağa səbəb olan monoqrafiyaya Qırğızıstanın bir sıra tanınmış filoloq-alimləri rəy yazıblar. Monoqrafiyaya rəy yazanlar arasında Qırğızıstan MEA vitse Prezidenti akademik Abdıldacan Akmataliyev də var. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacıyevdir. Fond öz mövqeyinə sadiq qalaraq kitabların pulsuz yayılmasını nəzərdə tutur.