2017-ci ilin yanvar ayına olan statistikaya әsasәn Azәrbaycan әhalisi 9.92 milyon nәfәrdir və əhalinin 7.64 milyon nәfәri internet istifadәçisidir. Bu rәqәm 2016-cı ilin analoji ayına nisbәtdә 28 faiz daha çoxdur.
Teleqraf.com-a xəbər verir bu barədə Böyük Britaniyanın "We Are Social" şirkәti müxtәlif beynәlxalq qurumların hesabatları әsasında hazırladığı statistik göstəricilərdə qeyd edilib.
Məlumatada qeyde dilib ki, istifadəçilərin 2.10 milyon nәfәri aktiv sosial media abunәçisidir. Bu rәqәmin özü dә 2016-cı ilin yanvar ayı ilә müqayisәdә 31 faiz, tәxminәn 500.000 nәfәr artım göstәrib.
Statistika laptop vә desktoplardan istifadәnin 10 faiz azalaraq ümumi internet trafikindә 46 faiz yer tutduğunu göstәrir. Әksinә, mobil internet istifadәsi isә 13 faiz artaraq ümumi internet istifadәsinin 51 faizini tәşkil edir.
2.10 milyon istifadәçi ilә feysbuk әn populyar sosial media kanalı ünvanına sahibdir, bu istifadәnin 76 faizi mobil internet vasitәsilә hәyata keçirilir. İstifadәçilәrin 38 faizi isә hәr gün Feysbuka daxil olur. Ümumilikdә, sosial media istifadәçilәrinin 69 faizi kişilərdən, 31 faizi isә qadınlardan tәşkil olunur.
İlhamə ƏBÜLFƏT