Bu kadrlar Xaçmazda Rayonun Bakı prospektində çəkilib. Minik maşınının damında canlı heyvan daşımaq kimi qayda pozuntusu bir kənara sürücü heyvanlardan birini başı kəsilərək sallaq halda və qanı axa-axa aparıb.
Teleqraf.com XezerXeber.az-a istinadən xəbər verir ki, kəsilmiş heyvan canını verib qurtarmayıb, qanı da şüşədən yerə tökülür.
Mənzərəyə şahid olanlar və aidiyyatı qurumlar bunu pisləyiblər.
Görüntüləri izləyən ekspert Ərşad Hüseynov deyir ki, sürücü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini yəni yükdaşıma qaydalarını kobud şəkildə pozub. Çünki qanunda qeyd edilir ki, heyvanlar daşınarkən xüsusi qaydalara əməl edilməlidir. Əgər sürücü aşkar edilib cərimə olunarsa o, yük daşıma qaydasını pozmaqla yanaşı, sanitar-gigiyenik tələblərə əməl etməməsi də nəzərə alınmalıdır.
Avtomobilin dövlət nömrə nişanını araşdıran rayon yol polisi bölməsindən xəzər xəbərə bildirlib ki, nəqliyyat vasitəsi Xaçmaz rayonunun Sayad kənd sakini Əliyeva Pərvər Mirzəbala qızına məxsusdur. Üstəlik videoda avtomobili idarə edən başqa şəxsin buna icazə verən xüsusi etibarnaməsinin olmadığı da üzə çıxıb. Yol polisləri həmin sürücü haqqında ətraflı araşdırma aparılır.