Gənclər və İdman Nazirliyi və Qol Güləşi Federasiyasının təşkilatçılıqı ilə qol güləşi üzrə kişilər arasında Respublika çempionatı keçirilib.
Teleqraf.com xəbər verir ki, çempionatda 15 komanda, 100-dən çox idmançı güclərini sınayıb.
FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kq çəki dərəcəsində çemiponatda iştirak edərək sağ və sol qollarda gücünü sınayıb. İdmançımız sol qolda rəqiblərinə üstün gələrək 1 ci yerə, sağ qolda isə üçüncü yerə layiq görülüb.
İSK-ın rəisi polkovnik Fizuli Musayev qalib idmançını təbrik edib, ona qiymətli hədiyyə təqdim edib.
İlhamə ƏBÜLFƏT