11 Aprel 2017 23:52
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyaməddin Orduxanlının rəhbər olduğu QHT gənclərlə bağlı rəsmi olaraq fəaliyyət göstərə biləcək.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Qeydiyyat və notariat baş idarəsi BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlının müraciətini müsbət həll edib.

Bununla bağlı Teleqraf.com-a açıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, nazirliyin Qeydiyyat və notariat idarəsi Qeyri-Hökümət Təşkilatı ilə bağlı müraciətinə qısa müddət ərzində müsbət cavab verib: “ Bizim QHT 10 ilə yaxındır ki, rəsmi qeydiyyata alınıb. Təşkilatın nizamnaməsində gənclərin fəaliyyəti ilə bağlı bənd yox idi. Və bu səbəbdən də bir QHT kimi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və digər rəsmi strukturlarla əməkdaşlıq edə bilmirdik. Qanuna görə, təşkilatın rəsmi qeydiyyatında gənclərlə bağlı ayrıca bənd olmalıdır. Artıq rəsmi olaraq bunu əldə etdik. Nəzərinizə çatıdırım ki, bizim təşkilatın təsisçilərin yaşı həddi 29-38 yaş arasındadır. Təsisçilərin böyük əksəriyyəti cəmiyyətdə kifayət qədər tanınan şəxslərdi. Təşkilat yaranan ilk gündən sədri şeçilmişəm. Və bu günə qədər də fəaliyyətimi davam etdirirəm. Bizim təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurası ilə çox uğurlu layihələr keçirib. Şura təqdim etdiyimiz “rayonlarda gənclərin işsizlik monitorinqini keçirilməsi” layihəsini belə dəstəkləyib. Yəni, Dövlət Dəstəyi Şurası maraqlı olub ki, 19-30 yaşlı gənclərin işsizlik vəziyyətini araşdıraq. Ona görə bütün bunları qeyd etdim ki, təşkilatın bundan sonrakı istiqamətidə cəmiyyətdə gənclərin rolunun artıtırılması və gənclərin bələdiyyə inistitutunda fəaliyyətinin gücləndirməsi də olacaq. Həmiçnin də onu qeyd etmək istəyirəm ki, mən özüm çox gənc yaşımdan aktiv siyasi proseslərə qatılmışam. 1993-cü ildən bugünə kimi siyasi poseslərin içindəyəm. 24 illik bir siyasi təcrübəb var. Həmçinin də uzun müddətdir ki, BAXCP sədri Qüdrət Həsənquliyevin siyasi məsələr üzrə müavini vəzifəsində çalışıram. 4 dəfə bələdiyyə üzvü seçilmişəm. 1999-cu ildə Azərbaycanın 21 yaşlı ən gənc bələdiyyə üzvülərindən biri olmuşam. Yəni, gənclər sahəsində kifayət qədər təcrübəm var. Bu təcrübəm mənə imkan verəcək ki, budan sonrakı fəaliyyətimizdə təşkilatın işini daha da səmərəli şəkildə quraq. Sonda Azərbaycan Respublikasının Qeydiyyat və natariat baş idarəsinin rəhbərliyinə və bu işdə bizim təşkilata yaxından dəstək verən şəxslərə öz təşəkkürümüzü bildiririk!”


Müəllif:

Oxşar xəbərlər