13 Aprel 2017 11:01
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam edir.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə zamanı 1 saylı Kliniki Tibbi Mərkəzə 4 nəfər qəbul edilib: “Onlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda müxtəlif travmalar alan üç nəfərin müalicəsi davam edir. Zərərçəkənlərə bütün zəruri yardım göstərilir. Zərərçəkənlərdən heç birinin ölüm təhlükəsi yoxdur”.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən yaralının da müalicəsi davam edir.

Qeyd edək ki, hadisə ötən gün “Green City” yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Tikilməkdə olan iaşə obyekti uçub, orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb.


Müəllif:

Oxşar xəbərlər