14 Aprel 2017 17:53
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.

DİM-dən Teleqraf.com-a verilən xəbərə görə, İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrin qeydiyyatı artıq başa çatıb.

Şuraya üzv olmaq üçün 30-dan artıq QHT, təhsil eksperti, müəllim və KİV nümayəndələri qeydiyyatdan keçib.

Aprelin 20-də Dövlət İmtahan Mərkəzində DİM Direktorlar Şurasının sədri ilə İctimai Şuraya üzv olmaq istəyən şəxslərlə görüş keçiriləcək. Görüşdə iştirakçılara şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqqında məlumat veriləcək. Sonda isə Şuraya üzv olmaq istəyən namizədlərin siyahısı təsdiq olunmaq üçün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim olunacaq. Şura üzvləri Direktorlar Şurası tərəfindən formalaşdırılacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər