15 Aprel 2017 19:25
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimal-qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 8 nəfər itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bu barədə ölkənin fövqəladə vəziyytələr üzrə orqanının rəhbəri İsmayıl Nəcar məlumat verib.

Bundan əvvəl ölənlərin 25 nəfər olduğu bildirilirdi. Daşqınlar cümə günündən İranın Qərbi və Şərqi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərinə yağan güclü yağışlar nəticəsində baş verib.

Ölənlərin əksəriyyəti Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Hazırda axtarış-xilasetmə işləri gedir.


Müəllif:

Oxşar xəbərlər