19 Aprel 2017 16:24
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 ildir ailəliyəm. İstəsəm, yoldaşımı boşamaq üçün gün ərzində onlarla səbəb taparam. Amma söhbət edərək bir-birimizi anlamağı bacarırıq.

Bu sözləri Axar.az-a ailə məsələləri üzrə ekspert Təvəkkül Əliyev boşanmalar haqda danışarkən deyib. Onun sözlərinə görə, boşanmaların artmasında medianın rolu böyükdür:

“Maddi sıxıntılar boşanma üçün əsas səbəb ola bilməz. Bu tutarlı səbəb olsaydı, keçmişdə hamı boşanardı. Düşünürəm ki, əsas səbəb dözümsüzlük və səbirsizlikdir. İnsanlar hər adi şeyi problem edir, əsəbiləşir, dava salır: su kəsilir - dava düşür, qaz kəsilir - dava düşür. Halbuki keçmişdə bir qab su üçün adamlar kənd-kənd gəzirdilər.

Boşanmaların artmasına media oqranları güclü təsir edir. Biz KİV-də ailənin niyə dağıldığı haqda yox, dağılandan sonra necə olduğu haqda məlumat verməliyik.

Boşanmış müğənnini efirə çıxardıb əxlaqdan danışdırırlar. Onların çoxu boşanandan sonra xalq artisti olur, bahalı maşınlar sürür, villalarda yaşayırlar. Bu isə onlara baxan adamlarda “mən də belə ola bilərəm” kimi fikirlər formalaşdırır.

Hind filmini sevən xalqımız indi onun tətbiqinə başlayıb. Qız əmisinə qoşuldu getdi, İmişlidə gəlin toy gecəsi qaçdı və s. kimi xəbərlər bekar adamların müzakirəsi üçün gözəl mövzuya çevrilib. Əmi ata əvəzidir. Bu xəbər başqaları “sən də edə bilərsən” kimi mesajlar verir. Olmaz axı, ayıbdır. Bu, əxlaqsızlığın təbliğ olunmasıdır”.

Ekspertin sözlərinə görə, boşanmalara səbəb olan vacib amillərdən biri də ünsiyyət problemidir:

“İnsanlarda ünsiyyət problem var. Ər-arvad oturub normal söhbət edə bilmir. İşdən yorğun gələn kişi evdə isti xörək tapmır. Səbəb göz qabağındadır. Həyat yoldaşı ya telefonla məşğuldur, ya da televizorda seriala baxır. Belə ailə bir gün mütləq dağılmalıdır.

Səhər işə gələndə görürəm ki, qonşudakı 65 yaşlı qadın səhər tezdən telefonla məşğuldur. Adama deyərlər, nə axtarırsan?”

T.Əliyevin sözlərinə görə, boşanmalara səbəb olan amillərdən biri də tərəflər arasındakı cinsi münasibətlərin normal olmamasıdır:

“Boşanmaların çoxu tərəflərin fiziki cəhətdən bir-birini təmin etmədiklərinə görə baş verir. Əminliklə deyirəm ki, bu məsələnin həll olunması boşanmaların 30% qarşısını almış olacaq”.

Qeyd edək ki, cari ilin ilk iki ayı ərazində ölkəmizdə 8476 nikah və 2422 boşanma halı qeydə alınıb. Bununla əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.1624


Müəllif:

Oxşar xəbərlər