19 Aprel 2017 17:55
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Feysbukda monitor qarşısında oturub başqalarını təhqir edənlər, söyüş söyənlər var, mən onları avara adlandırmışam. Mənim öz ailə üzvlərim də Feysbukdadırlar. Amma onlar insanlarla təmas qururlar, biliklərini paylaşırlar və s. Mən başqalarını söyənləri nəzərdə tutmuşam”.

Bunu Teleqraf.com-a açıqlamasında son günlər sosial şəbəkələrdə ünvanına ittihamlar səsləndirilən Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

2013-cü ildə prezident seçkiləri ərəfəsində özünün də Feysbukda səhifə açdığını vurğulayan Araz Əlizadə qeyd edib ki, həmin vaxt başqaları tərəfindən adına saxta səhifələr yaradılıb: “Tərbiyəsiz insanlar təkrar mənim adıma oxşar səhifələr açdılar, ondan sonra Feysbuka girmədim. Bir dəfə də açdım, gördüm ki, avara insanlar həmin ada oxşar səhifə açıb gic-gic şeylər yazırlar. Bu səbəbdən daha feysbukda yoxam”.
Araz Əlizadə deyib ki, Feysbukla bağlı fikirlərini bu sosial şəbəkədən istifadə edən ciddi adamlar düzgün başa düşüblər: “Xalq da bilir ki, bu fikirləri kimlərə ünvanlamışam”.

Xatırladaq ki, bir neçə gün əvvəl mediada Araz Əlizadənin “Feysbukda oturanların hamısı avaralardır” başlığı ilə açıqlaması yayılıb. Deputatın bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər