19 Aprel 2017 19:41
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev ictimai iaşə və pərakəndə ticarət sektorlarında calışanlarla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Vergilər Nazirliyi bu fərmanla təsdiq edilmiş hər iki Qaydanın tələblərinə vergiödəyiciləri tərəfindən ciddi əməl olunmasına nəzarətin həyata keçirilməsini təmin edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Maliyyə Nazirliyi, Vergilər Nazirliyi ilə razılaşdırmaqla, hər iki Qaydanın 7-ci hissəsində nəzərdə tutulan ciddi hesabat blanklarının formasını bir ay müddətində təsdiq etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər