24 Aprel 2017 17:32
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəmdən axırıncı dəfə martın 9-da məktub almışam. Məktubdakı bütün cümlələri qaralamışdılar, ikicə cümlə qalmışdı, orada da səhhətinin yaxşı olmadığını yazmışdı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Şuşada girovluqda saxlanan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov deyib.

O, qardaşına məktub göndərdiyini, amma bir xəbər almadığını bildirib:

“Qardaşım məktubu Kiril qrafikasında öz xətti ilə yazır, amma yazdıqlarını silirlər, xəttindən tanıyıram. Mən də ona cavab yazmışam, məktubun çatıb-çatmaması barədə məlumatsızam”.

Bir neçə dəfə Dilqəm Əsgərova bağlama göndərdiklərini deyən Sahib Əsgərov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi daha bağlama göndərilməsinə icazə vermir: “Deyirlər ki, lazım olan hər şeyi Şuşadan alıb verirlər. Çünki bağlama Bakıdan Tiflisə, oradan İrəvana, daha sonra Şuşaya gedir, xeyli vaxt itir”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər