12:00
Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə Əmək, İnzibati Xətalar, Miqrasiya, Mənzil, Mülki, Vergi və Gömrük Məcəllələrinə, o cümlədən "Dövlət qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında", "Dərman vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklər olmaqla, 36 məsələ daxildir.
***
Milli Məclisin gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirədən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.
Spiker bildirib ki, sözügedən layihə ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürən qurum onu geri götürüb.
Daha sonra spiker təklif edib ki, gündəlikdən çıxarılan layihənin yerinə Əziz Seyidovun Ali Məhkəməyə hakim təyin edilməsi məsələsi salınsın.
Deputatlar gündəliyi təsdiq ediblər.
Cavad