25 Aprel 2017 12:37
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Sazişin məqsədi Azərbaycan Hökumətinə bu Sazişin 10-cu maddəsində göstərilən təmənnasız hərbi yardım haqqında müqavilələr, sazişlər və maddi-texniki təchizatın həyata keçirilməsi haqqında protokollarla Türkiyə Hökuməti tərəfindən ayrılan, lakin istifadə edilməyən, ümumilikdə 8.067.871,80 (səkkiz milyon altmış yeddi min səkkiz yüz yetmiş bir dollar səksən sent) ABŞ dollarının birinci növbədə Türkiyənin müdafiə sənayesi şirkətləri olmaqla, Türkiyədəki yerli şirkətlərdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir.

Bu Saziş 5 il müddətinə qüvvədə olacaq. Saziş səsə qoyularaq təsdiq edilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər