25 Aprel 2017 14:32
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır. Bəs onda girov məsələsi niyə lazımdır?

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bügünkü iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O, girov qoyulması məsələsinə etirazını bildirib: "Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanuna dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən ümumiyyətlə, bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik. Müzakirələrə ehtiyac var”.

Cavad


Müəllif:

Oxşar xəbərlər